"Məmməd Araz -90 " illik yubileyinə həsr olunmuş tədbir

21.02.2024-cü il Bünyadəli Qulamoğlu adına 285 nömrəli tam orta məktəbdə vətənpərvər və nəğməkar şair Məmməd Arazın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Azərbaycan dili müəllimi Yeganə Allahverdiyeva, kitabxana müdiri Günay Ağayeva, kitabxanaçı Natavan Orucova və 8Ç sinif şagirdləri hazırlamışdı. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. İlk öncə Yeganə müəllimə Məmməd Arazın həyat yoluna nəzər salaraq onun yaşadığı mübariz yaradıcılığından danışdı. Məqsəd şagirdlərə Məmməd Araz şəxsiyyətini daha dərindən tanıtmaq, onun poeziyasının Azərbaycan ədəbiyyatında rolunu şagirdlərə aşılamaq idi. Şagirdlər Hümmətova Mələk, Babazadə Dəniz, Əliyeva Aida, İsmayılzadə ismayıl, Məmmədov Nuru, Xıdırov Mehdi, Zeynalova Xədicə Məmməd Araz poeziyasından nümunələr söylədilər. Sonda Məmməd Arazın sözlərinə bəstələnən Niyaməddin Musayevin ifasında "Dünya sənin,dünya mənim,dünya heç kimin" mahnısı dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi