Pedaqoji Şuranın iclası keçirildi

       Məktəbin İllik Fəaliyyət planına uyğun olaraq 02.02.2024-cü il tarixdə məktəbdə 2023-2024-cü tədris ilinin I yarımilinin başa çatması ilə əlaqədar Pedaqoji Şuranın iclası keçirildi. İclasda əvvəlcə I yarımilin yekunu ilə əlaqədar hesabatlar dinlənildi. Şagirdlərin I yarımil nəticələri və Oktyabr ayında 4,6,7 və 8-ci siniflərdə Azərbaycan dili fənni üzrə keçirilmiş monitorinqin nəticələri geniş müzakirə edildi və təhlillər aparıldı. Bu nəticələrdən irəli gələrək ikinci yarımildə qarşıda duran hədəflər müəyyənləşdirildi.Pedaqoji Şura iclasında digər məsələlərlə yanaşı, valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili, psixoloqların hesabatlarının dinlənilməsi, müəllimlərin etik davranış qaydalarına riayət olunması vəziyyətinin gündəlik məsələlərə salınaraq müzakirə edildi. Bununla bərabər şagirdlər arasında risk qrupuna daxil olanların, məktəb psixoloqunun onlarla apadığı işlərin hesabatı dinlənildi, təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin,  növbətçi müəllimlərin işinin gücləndirilməsi, sinif rəhbərlərinin vəzifə öhdəlikləri, valideynlərlə işin artırılması məsələləri pedaqoji heyətin diqqətinə çatdırıldı və təhlükəsizliyin təmin olunması üçün komissiya yaradıldı.  Şagirdlərə qarşı diqqətin artırılması, qadağan edilmiş əşyaların məktəbə gətirilməməsi ilə bağlı sinif rəhbərlərinə ciddi tapşırıq verildi. Gələcəkdə ciddi təhlükə doğuracaq halların baş verməməsi üçün məktəb rəhbərliyi, həkim və psixoloqun təşkilatçılığı ilə  maarifləndirici seminarların keçiriləcəyi bildirildi. Valideyn –məktəb münasibətlərinin gücləndirilməsi üçün keçiriləcək seminar və tədbirlərdə valideynlərin iştirakının mütləq təmin edilməsi sinif rəhbərləri və direktor müavinlərinə tapşırıldı. Şagirdlərin geyim forması, davamiyyəti və dərsə gecikmə halları, etik davranış qaydalarına riayət olunması məsələləri Pedaqoji Şurada müzakirə olundu. İclasın sonunda "2 fevral Gənclər günü " münasibətilə məktəbin gənc müəllimləri Fəxri Fərmanla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi