20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa

19.01.2024-cü il tarixində 285 nömrəli tam orta məktəbdə “20 Yanvar” faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Bu məqsədlə məktəbin kitabxanasında "20 Yanvar şəhidləri" adlı dəyirmi masa keçirilib. Dəyirmi masada məktəbin kitabxana müdiri Günay Ağayeva, kitabxanaçı Natavan Orucova, 4c sinif rəhbəri Gilanə Quliyevanın təşkilatçılığı ilə 4c sinif şagirdləri iştirak edib.

  Əvvəlcə şagird və müəllimlər Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsini və Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad ediblər. 

İlk olaraq Gilanə müəllimə şagirdlərə 20 Yanvar faciəsi haqqında geniş məlumat verərək şagirdləri maraqlandıran sualları cavablandırdı. Şagirdlər Bəxtiyar Vahabzadənin Şəhidlər poemasından olan şeirləri səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi