Məktəbimizdə Kimya fənni üzrə tədbir

Suraxanı rayonu , 285 saylı tam orta məktəbin şagird və müəllim kollektivi „Tədbirlər silsiləsi"ni davam etdirirlər. Bu gün 28.12.23-cü il tarixdə 11c sinif şagirdləri məktəbin kimya müəlliməsi Tərlan Vəliyevanın rəhbərliyi ilə çox gözəl bir performansla müəllim və şagird kollektivi qarşısına çıxdılar.

11c şagirdləri „Etil spirtinin məhkəməsi " adlı praktiki işini rollu oyunla təqdim etdilər.

Etanolun-etil spirtinin insanlara cəmiyyətə vurduğu ziyan və eyni zamanda onun tətbiqi ilə insanların rifahı halının, ümumilikdə geniş tətbiq sahələri haqqında məlumat verildi. Təqdim olunan səhnələrdə Tərlan müəllimə hakim, 11c şagirdləri İsrafilova Fatimə-vəkil, Tahirov Kənan-prokuror olaraq iştirak etdilər. Proses zamanı müxtəlif fikirlər söyləyən şahidlərin iştirakı ilə, etil spirtinin zərərli təsirləri ilə yanaşı daha çox faydalı olduğu Vəkil tərəfindən sübut olundu. Sonda Etil spirti “bəraət qazandı”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi