"Tullantıdan Sənətə" muzeyinə şagirdlərimizin ekskursiyası

Məktəbimizdə şagirdlərlə mütəmadi olaraq məişət tullantılarının geri dönüşümü haqqında maarifləndirici söhbətlər aparılır. Bu məqsədlə 6a sinif şagirdləri sinif rəhbəri Ruhiyyə Əhmədovanın təşkilatçılığı ilə Qalada yerləşən "Tullantıdan Sənətə" muzeyinə ekskursiyada olublar. Şagirdlər muzeydə plastik, yumuşaq və bərk məişət tullantılarından müxtəlif bəzək əşyalarının düzəldilməsinin, tullantıların geri dönüşümünün həyata keçirilməsinin şahidi olublar. Muzeydəki eksponatlar şagirdlərin marağına səbəb olub. Sonda Ruhiyyə müəllimə şagirdlərə yeni ideyalar və təkliflər verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi