Şagirdlərimiz Pantomima Teatrında

5 c sinif şagirdləri sinif rəhbəri Qiyasi Güntəkinin rəhbərliyi ilə Azərbaycan Dövlət Pantomima Teatrının səhnələşdirdiyi "Fəlakət və insan" adlı tamaşanı izləyiblər. Uşaqlar üçün təşkil olunmuş bu tamaşa maarifləndirici əhəmiyyət daşıyır, gündəlik baş verə biləcək fəlakətlər və onlardan qorunmağın yolları mövzusunu əhatə edirdi. Şagirdlərin maariflənməsi üçün nəzərdə tutulan tamaşa balaca izləyicilərin dərin marağına səbəb olub. Teatrın direktoru, əməkdar artist Rəfiyev Elman məktəbliləri səmimiyyətlə qarşılayıb. O, tamaşa başlamazdan əvvəl mövzu haqqında ümumi məlumat verib. Tamaşanın sonunda teatrın direktoru və aktyorlarla xatirə fotosu çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi