Liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş nümunəvi dərslər

"Heydər Əliyev ili" ilə əlaqədar olaraq 285 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirilir. Onlardan biri də "Heydər Əliyev və azərbaycançılıq ideologiyası" adı altında açıq dərslərin keçirilməsidir.

11.12.2023- cü il tarixində 285 nömrəli tam orta məktəbin kitabxanasında tarix müəllimi Ellada İbadova, kitabxana müdiri Günay Ağayeva, kitabxanaçı Natavan Orucova və 8d sinif şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin Anım gününə həsr olunmuş nümunəvi dərs keçirilib. Nümunəvi dərsdə məqsəd Ulu Öndərin həyat yolu və ictimai fəaliyyətinin gənc nəslə daha dərindən aşılanması, şagirdlərin Heydər Əliyev ideyaları ruhunda tərbiyə edilməsi, gənc nəsildə milli- vətənpərvərlik ruhunun gücləndirilməsidir.Şagirdlər Ulu Öndər Heydər Əliyev haqqında geniş məlumat verdilər. Dərs diskussiya şəkilində keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi