Məktəbin kitabxanasında Ulu Öndərə həsr olunmuş anım günü qeyd olundu

12.12.2023-cü il tarixdə Respublikamızın hər yerində olduğu kimi Bünyadəli Qulamoğlu adına 285 nömrəli tam orta məktəbdə də Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilib. Məktəbimizin kitabxanasında ədəbiyyat müəllimləri Arzu Məmmədova və Yeganə Allahverdiyeva 6a sinif şagirdlərinin iştirakı ilə “Sən həmişə yaşayacaqsan" adlı anım gününə həsr edilmiş tədbir keçirib.

Öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müəllimlər Heydər Əliyevin keçdiyi həyat yolu, Azərbaycan xalqının azadlığı, müstəqilliyi uğrunda etdikləri, Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğı ilə bağlı öz fikirlərini şagirdlərlə bölüşüblər. Sonra şagirdlər Heydər Əliyevlə bağlı müxtəlif şairlərin şeirlərini və müxtəlif ölkələrin tanınmış şəxslərinin söylədikləri fikirlərlə bağlı çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi