Ümummilli Liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa

11.12.2023-cü il tarixində 285 nömrəli tam orta məktəbdə Ümumilli Liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş "Dəyirmi masa" keçirilib.

Dəyirmi masada məktəbin direktoru Nuranə Yəhyayeva, təşkilatçı Rəna Quliyeva, tarix müəllimləri - Şahvələd Əhmədov, Nüşabə Abbasova, musiqi müəllimi Kəmalə Cabbarova və şagirdlər iştirak ediblər.

  Əvvəlcə şagird və müəllimlər Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsin bir dəqiqəlik sükutla yad ediblər. Sonra Ulu Öndərin həyat yoluna həsr olunmuş videoçarx izlənildi. Direktor Nuranə xanım və müəllimlər çıxış edərək Heydər Əliyevin Azərbaycanın memarı, qurucusu olduğunu və həmişə xalqın qəlbində yaşayacağını bildirib, onun həyat və yaradıcılığından bəhs ediblər.

8d sinif şagirdi Mustafayeva Səfurə, 7b sinif şagirdi Qarayeva İnci, 5ç sinif şagirdi Bayramova Nərmin, 5ç sinif şagirdi Zeynalova Almaz, 7b sinif şagirdi Hüseynova Günay "Karvan yolu" şeirini, 5ç sinif şagirdi Məhərrəmova Fidan isə

"Heydər atamız" şeirini söyləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi