"Azərbaycan Geologiya muzeyi" nə dərs-ekskursiyası

Suraxanı rayonu B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbin 6ç sinif rəhbəri Möhbaliyeva Fatimənin təşkilatçılığı ilə coğrafiya müəllimi Günay Məmmədova həmin sinfin şagirdlərini “Süxurlar" mövzusunun şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsi üçün "Azərbaycan Geologiya muzeyi" nə dərs-ekskursiyaya aparıb. Şagirdlər, ümumilikdə, filiz, qeyri-filiz, süxurlar və kristalların seçmə nümunələrinin olduğu eksponatlarla tanış olublar. Qeyd edək ki, muzeydə saxlanılanlar içərisində Azərbaycanla yanaşı digər ölkələrin də Gürcüstan , İran, Rusiya və digər ölkələrin relyefinə uyğun süxurlar mineral və kristallar da vardı. Həmçinin ABŞ ərazisində düşmüş meteorit daşı, Kilimancaro vulkaninnan nümunələr, Sakit okeanın dərinliklərindən çıxarılmış metal nümunələri də gətirilib. Şagirdlər maqmatik,metamorfik, çökmə süxurlar, mis filizi,qızıl filizi ,alunit filizi, dünyada ən qədim duz mədəni olan ölkəmizin duz kristalları nümunələri ilə də tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi