"İntiharın profilaktikası"na həsr olunmuş seminar

30.11.2023-ü il tarixində 285 nömrəli tam orta məktəbdə "İntiharın profilaktikası" istiqamətində şagird, müəllim və valideynlərlə maarfləndirici seminar keçirildi. Seminarda məktəbin Psixoloqu Aytən Eyvazova, Təşkilatçı Rəna Quliyeva, Təlim tərbiyə işləri üzrə direktor müavini Könül Ağasıyeva və VIII sinif şagirdlərinin valideynləri iştirak edirdi. Məqsədimiz valideynlərin övladlarına onların yaşını nəzərə almaqla daha diqqətli və qayğı ilə yanaşmaları, hər problemdə yarana biləcək intihar düşüncəsinin qarşısını almaq üçün ruhi böhran vəziyyətində, hər şeydən əvvəl onları dinləməyə hazır olan bir kimsənin olmasını hiss etdirməkdir.

Məktəbin psixoloqu Aytən Eyvazova valideynlərə yeniyetməlik yaşının psixoloji xüsusiyyətləri, özünəqəsd etmənin səbəbləri, intihar risklərini dəyərləndirərkən hansı amillərə diqqət yetirmələrini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi