"Ana dili milli varlığımızdır" adlı dəyirmi masa

29.11.2023-cü il tarixində 285 nömrəli tam orta məktəbin kitabxanasında "Ana dili milli varlığımızdır" adlı dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Allahverdiyeva, kitabxana müdiri Günay Ağayeva, kitabxanaçı Natavan Orucova, UBTRəhbəri Ülviyyə Qarayeva və 6A sinif şagirdləri iştirak edib. Azərbaycan dili və ədəbiyyat müəllimi Yeganə Allahverdiyeva Ana dilimizin zənginliyi barədə geniş söhbət açıb. Daha sonra şagirdlər ana dilimizin tarixinə nəzər salaraq Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən göstərilən qayğı, qanun və sərəncamlar haqqında məlumat veriblər, Ana dilimizin zənginliyindən söhbət açaraq şeirlər və atalar sözləri söyləyiblər. Şagirdlər ana dilinə aid divar qəzetləri və referatlar da hazırlamışdılar. Sonda şagirdlər "Öz dilimdir şirindir" adlı mahnını ifa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi