"Zərərli vərdişlərə birgə yox deyək!" adlı tədbir

Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər Ümummili Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapmaqla, sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa va narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahasində dövət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir. 

Uşaqların ən çox məktəb həyatında formalaşdıqları hər kəsə məlumdur. Məhz məktəb həyatında sabahın vətəndaşları gələcəkdə cəmiyyətdə hansı yola üz tutacaqlarını müəyyənləşdirirlər. Çünki evdəki mikromühitdən fərqi olaraq, burdakı məktəb həyatı daha geniş insan çevrəsini əhatə edir. 

Bu bəladan qurtulmağın müxtəlif yolları vardir. Ancaq məqsəd bu xəstəliyə, bu bəlaya, "Ağ ölüm"ə yoluxmadan qarşısını almaqdır. Burada cəmiyyət olaraq hər kəsin sosial vəzifəsi vardır. Gənclərimizi, uşaqlarımızı, bu bəladan uzaq tutmaq, onlarla söhbətlər aparmaq, "Ağ ölüm"ün fəsadlarından danışmaq və bu qəbildən müəyyən tədbirlər görmək lazımdır.

Bu məqsədlə 28.11.2023-cü il tarixində 285 nömrəli tam orta məktəbin Akt zalında "Zərərli vərdişlərə birgə yox deyək!" adlı tədbir keçirildi. Tədbirdə məktəbin Hərbi Rəhbəri Vasif Hidayətov, Sinifdənkənar və məktəbdənxaric tərbiyə işləri üzrə təşkilatçı Rəna Quliyeva, UBTRəhbəri Ülviyyə Qarayeva, Psixoloq Aytən Eyvazova, məktəbin tibb işçisi Yeganə Əliyeva və məktəbin IX-X sinif sagrdləri iştirak edirdilər. Tədbirin məqsədi zərəri vərdişlərdən uzaq olmağa, sağlam həyat tərzi seçməyə çağırmaq idi. Məktəbin tibb işçisi Yeganə Əliyeva və Hərbi Rahbər Vasif Hidayatov şagirdlarə zərəri vərdişlərin yaratdığı fəsadlar haqqında geniş məlumat verdilər. Psixoloq Aytən Eyvazova narkotik asılılığının səbəbləri və nəticələrini "Problemlər ağacı" üsulundan istifadə edərək şagirdlərin qruplarla iş apardı.

 Şagirdləri maraqlandıran suallar cavablandırıldı. Əyaniliyi təmin etmək məqsədi ilə videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi