Məktəbimizdə "Kiçik Akademiya”nın konfransı keçirilib

24.11.2023-ci ildə Suraxanı rayonu üzrə "Kiçik Akademiya”nın konfransı keçirilib.

Konfransda məktəbimizdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın rəhbəri Kərimova Reyhan və 9d sinif şagirdi Quliyeva Almaz iştirak ediblər.

Şagirdimiz Almaz “Pnevmoniya xəstəliyini təyin edən süni neyron şəbəkə modelinin qurulması”adlı layihəsi ilə çıxış edib.

Münsiflər heyəti süni intelektin insan həyatında danılmaz rolunun olduğunu, mövzunun aktuallığını, elmi baxımdan yeniliyini, tədqiqat xarakterli olmasını nəzərə alaraq Quliyeva Almazın işini yüksək balla qiymətləndiriblər. Quliyeva Almaz Suraxanı rayon məktəbliləri arasında 3-cü yerə layiq görülüb.

Məktəbimizin “Kiçik Akademiya” sının rəhbəri Kərimova Reyhan münsiflər heyətinin üzvi seçilib.

Reyhan müəllimi və Almaz qızımızı təbrik edirik, fəaliyyətlərində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi