"İnsan alverinin qarşısının alınması" mövzusunda seminar

23.11.2023-cü il tarixində 285 nömrəli tam orta məktəbin Akt zalında "İnsan alverinin qarşısının alınması" mövzusunda məktəbin psixoloqu Aytən Eyvazova, UBTRəhbəri Ülviyyə Qarayevanın təşkilatçılığı ilə VIII sinif şagirdlərinə seminar keçirilib. Seminarın keçirilməsində əsas məqsəd şagirdləri insan alveri mövzusunda maarifləndirmək idi. "İnsan alveri nədir?" , "Kimlər insan alverinin qurbanı ola bilər?", "İnsan alveri qurbanları birbaşa kimə müraciət edə bilər?" və s. bu kimi suallar ətrafında söhbət aparılıb. Şagirdlərə mövzu ilə bağlı videoçarx təqdim olunub və onları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi