Uğurların bol olsun Fidan!

Quluzadə Fidan Rahil qızı 285 nömrəli tam orta məktəbin 6d sinif şagirdidir. 6 yaşından Sərhədçi İdman Olimpiya Mərkəzində Bədii gimnastika və Çerlidinq ilə məşğul olur. 17.04.2021-ci il tarixində Ölkə birinciliyi onlayn keçirildi, 2çıxışı ilə I yeri qazanmışdır. 18.04.2021-ci il tarixində Beynəlxalq turnir keçirildi.”Salam Baku” adlı və yenə 2 çıxışı ilə I yeri qazanmışdır.Bu yarışda müxtəlif ölkələrdən idmançılar çəxış edirdi. Türkiyə, Qzaxstan, Rusiya, Türkmənistan və s. 19.04.2021-ci il tarixində Açıq onlayn birinciliyi keçirildi və yenədə Fidan 2 çıxışıyla I yeri qazanmışdır. 10.05.2021-ci il Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş Heydər Əliyev Kuboku adlı onlayn açıq yarış keçirildi və 2 çıxışla Fidan yenədə I yeri qazanzraq Kuboka laiq görüldü. Uğurların bol olsun Fidan!