Aprelin 4-də Gürcüstanın Tbilisi şəhərində psofessor, Moskva və Tbilisi konservatoriyalarının müəllimi Vaje Nikoloyeviç Çaçayevin şərəfinə beynəlxalq musiqi müsabiqəsi keçirilib. Həmin müsabiqədə məktəbin 10 "A" sinif şagirdi və skripka ifaçısı Hüseynov Emil iştirak edib. Müsabiqə İki turdan ibarət olub. Müsabiqənin 1-ci turunda 18-19-cu əsrin bəstəkarlarının əsərlərini , 2-ci turunda isə vertioz və Azərbaycan bəstəkarlarının əsərlərini ifa edən Emil skripka ifaçıları arasında 2-ci yerə layiq görülüb və diplomla təltif edilib.