Bayram günündə Qarabağ qaziləri ilə görüş

Dövlət Bayrağı Günü ilə əlaqədar məktəbimizdə rəngarəng və müxtəlif formatda tədbirlər keçirildi.Bu tədbirlərə siniflərdə hazırlanmış şagird təqdimatları, foyedə tərtib olunmuş sərgi, divar qəzetləri , fləşmobların adlarını çəkmək olar. Noyabr ayının 9-da məktəbin akt zalında rus bölməsinin şagirdlərinin iştirakı ilə təşkil edilmiş"Dalğalan Azərbaycan Bayrağı "adlı bədii- musiqili tədbir isə ən gözəl final oldu. Tədbirə dəvət olunan qonaqlar arasında Qarabağ qaziləri, Binəqədi Hərbi Komissarlığından nümayəndələr və valideynlər var idi. Şagirdlərimizin ifasinda vətənə və bayrağa həsr edilmiş mahnılar və şeirlər dinləyıcılərdə xoş ovqat yaratdı.Tədbirin sonunda Qarabağ qaziləri çıxış edərək şagırdlərə əsgərlərimizin Qarabağ döyüşlərində göstərdiyi şücaətdən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi