Şagird təhlükəsizliyi

08.05.2025 -ci il tarixdə Bakı şəhəri 284 nömrəli tam orta məktəbin akt zalında şagird təhlükəsizliyi ilə bağlı valideynlərlə təlim keçirildi. Təlim zamanı məktəbin psixoloqu İlahə Rüstəmova uşaqların məktəbdə təhlükəsizlik qaydaları, internetdə davranış mədəniyyəti, zorakılığın qarşısının alınması və fövqəladə hallarda düzgün reaksiyanın verilməsi mövzularında ətraflı məlumat verdi.Rüstəmova tərəfindən valideynlərə evdə uşaqlarla bu mövzularda necə söhbət aparmağın əhəmiyyəti vurğulandı, həmçinin onlara maarifləndirici materiallar təqdim olundu. Təlimin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparıldı və onların sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi