SSG layihəsi çərçivəsində tədbir

111 N li məktəbdə “Azərbaycanın seçilmiş məktəblərində Su, Sanitariya və Gigeynik təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində keçirilən “Qlobal Əlyuma Günü” kampaniyası keçirildi.Tədbirdə qonaq qismində Azərbaycan Respublika Təhsil Nazirliyinin İnnovasiyalar Sektorunun müdiri Vidadi Bağırov , UNİCEF Azərbaycanın Təhsil Proqramının rəhbəri Leyla Həsənova, BŞTİ-nin İnkişaf layihələri Sektorunun müdiri Arzu Tairquliyeva, Təhsil Texnologiyaları Sektorunun direktoru Valeh Mirzəliyev, Beynəlxalq və milli qiymətləndirmə şöbəsinin baş mütəxəssisi Tofiq Sadıxov, Təhsil İnstitutunun nümayəndəsi Tural Hətəmxanov, “YİY Konsalting” MMC-nin direktoru Vüsal Mirzəyev, layihədə istirak edən 13,45,83,166,76,214,284,169,321 nömrəli tam orta məktəblərin direktorları və layihə üzrə klub üzvləri iştirak etdilər.
Tədbir boyunca SSG mahnı performansı, Su, Sanitariya və Gigeyena haqqında təqdimat, əlyuma ilə bağlı fləşmob, “Təmizlik” şeir performansı, “Günəş olaram mən də” rəqs performansı, Forum teatr, idman klubunun uğurlu nəticə göstərən şagird üzvlərinin performansı, “Təbiətşünaslıq dərsi” səhnə performansı, slayd şou təqdim olundu.Tədbirin bağlanışında məktəblilər layihədə fəal iştiraklarına görə mükafatlandırıldı.