Müəllimlik peşəsi və pedaqoji məharət

Məktəbimizin ingilis dili müəllimi Yeganə Şirinovanın müəllif olduğu yeni “Müəllimlik peşəsi və pedaqoji məharət “ adlı kitabı işıq üzü görmüşdür.Yaqut Əzimzadə və Vəfa Məmmədovanın da müəlliflik etdiyi bu kitab təhsilin, elmin daşıyıcıları, onları gələcək nəslə ötürənlər , səriştəli və peşəkar müəllimlər üçün bir metodik vəsaitdir. Kitabin mündəricatına baxdıqda müəllimin cəmiyyətdə yeri , mövqeyi,onun səriştəliyi və peşəkarlığı , habelə pedaqoji qabiliyyətləri haqqında mövzuların yer aldığını görərik.Kitabın son səhifəsindəki”Bu gün suveren və demokratik Azərbaycan dövlətinin təhsil siyasətini həyata keçirən müəllim yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli , milli ruhlu nəsil yetişdirmək kimi qlobal bir vəzifəni şərəflə yerinə yetirir” sətirləri bugünümüzün ən aktual məsələsini özündə əks etdirir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi