Yeni tədris ilində qarşıda duran məsələlər

2024/2025- ci tədris ilini 284 nömrəli tam orta məktəb 3225 şagirdlə qarşıladı.Məktəb hər il olduğu kimi bu  dərs ilində iki növbədə işləyəcək. Təhsil müəssisəsində şagirdlər  hər iki :Azərbaycan və rus bölməsi üzrə 100 sinifdə komplektləşdirilmişlər. BŞTİ- nin 06.05.2024- cü il tarixli 3-29-59/3-2-451F/2024- cü il “ Ümumi təhsil müəssisələrində 2024-2025- ci tədris ilinin təşkili barədə” əmri rəhbərlik və icra üçün qəbul edilmişdir. 2023-2024- cü tədris ilində  ayrı-ayrı fənlər üzrə çatışmamazlıqları aradan qaldırmaq məqsədilə müvafiq tədbirlər nəzərdə tutulmuşdur.Azərbaycan dilinin dövlət dili kimi , ibtidai siniflərdə riyaziyyat və xarici dil fənlərinin tədrisinə   nəzarətin gücləndirilməsi,təhsilalanların ilkin qiymətləndirilməsi,IV ,VI  və IX siniflərdə monitorinqlər,illik qiymətləndirmə, buraxiliş imtahanlarında , fənn olimpiadalarında göstərdiyi nəticələr  ciddi müzakirə olunması nəzərdə tutulmişdur.Məktəbdə tərbiyə işinin gücləndirilməsi, təhsilalanların milli-mənəvi dəyərlər,azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində tədbirlər davam etdiriləcəkdir. Müəllimlərimizə və şagirdlərimizə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi