Beynəlxalq kitab günü qeyd edildi

Təcrübə göstərir ki, ata və ananın uşağına verə biləcəyi ən böyük hədiyyələrdən biri mütaliə və kitaba sevgidir. Uşaqların oxumağı bacarmadığı dövrlərdə onlara kitab oxumaq, kitab haqqında müzakirə apararaq düşüncə tərzini formalaşdırmaq vacib bir yanaşmadır. Hər bir uşaq erkən yaşlarından etibarən kitabla tanış olmalıdır.İstər məktəbdə, istərsə də ailədə mütaliəni təbliğ edərkən uşaqlara deyək: “Kitablar sizi heç vaxt olmadığınız yerlərə apara bilər. Orada yaxşılar və pislər, zalımlar və mərhəmətlilər var. Qəhrəmanların yanında güclü olacaq, haqq və ədalət uğrunda döyüşəcəksiniz. Xəyallarınıza qovuşacaq, dünyanı addım-addım gəzəcək, sevinəcək, kədərlənəcəksiniz. Bəzən həyatınız kitabdakından solğun görünəcək, bəzən isə yaşıdlarınızın necə faciələrdən keçdiklərini görüb yaşadığınız həyata daha artıq dəyər verəcəksiniz. Ən mühümü yaşamağı öyrənəcəksiniz. Çox vaxt bizə heç kimdən öyrənə bilməyəcəklərimizi kitablar öyrədir”. Məktəbimizin kitabxanası tərəfindən  təşkil edilən kitab həftəsində şagirdlərin sevimli kitabları haqqında rəsmlərindən ibarət sərgisi açıldı.Hər bir oxucu məktəbin foyesində yaradılan stendin qarşısında sevimli əsəri haqqında məlumatlar verdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi