Məktəbdə MM günü keçirildi

Məktəbin Fəaliyyət Planına əsasən Mülki Müdafiə günü qeyd edildi. Məktəb rəhbərliyi tərəfindən təsdiqlənmiş Tədbirlər Planına əsasən məktəbin akt zalında şagirdlərə mülki müdafiənin funksiyaları,əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi haqqında geniş məlumat verildi.Məktəbin həyətində xüsusi yaradılmış dəstələrə yanğın təhlükəsizliyi qaydalarından, dəm qazının yaranma səbəbləri və bu zaman davranış qaydaları,təbii və fövqəladə hallar zamanı şagird və müəllimlərin təxliyə edilməsi barədə göstərişlər verildi,onlar tərəfindən fəaliyyətlər icra olundu. Mülki Müdafiə gününün təşkili və şagirdlərin təlimatlandırılmasında böyük əməyi olan məktəbin hərbi rəhbəri Baxşəliyev Kamil müəllimə xüsusi təşəkkür edirik. Mülki Müdafiə günündə 299 nömrəli məktəb –liseyin hərbi rəhbəri Cəfərov Azər iştirak etdi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi