Liderlik haqqında dəyirmi masa

Məktəblər şagird liderlər  yetişdirilməsi işində daha təşəbbüskar olmalı və bullinqlə mübarizədə məhz şagird liderlərin köməyindən istifadə etməlidir. Belə ki, şagird liderlərə kommunikasiya bacarıqları, münaqişənin həlli yolları və şahid strategiyaları haqqında məlumatlar verilməli, onların bu sahədə fikirləri dinlənilməlidir.  Şahid strategiyaları dedikdə şagirdin şahidi olduğu bullinqin dayandırılması üçün atacağı ardıcıl addımlar strategiyası nəzərdə tutulur. Burada bullinqin baş verdiyi an onun effektiv dayandırılması və ondan sonra atılacaq addımlar haqqında biliklər toplusu izah olunur və şagird liderlər ilk imkanda onlardan istifadə etməli olduqları haqqında təlimatlandırılır.IX sinif şagirdlərinin iştirakı ilə keçirilən dəyirmi masada demokratik cəmiyyətin quruculuğunda liderlərin rolu, aktiv vətəndaş xüsusiyyətləri,digərlərini müsbət motivasiya etmə bacarıqları müzakirə olundu.Dəyirmi masada məktəbin UBTR-i Tünzalə Hüseynova şagirdlərə liderliyi paylaşma, nümunəvilik,dəyərləndirmə,digərləri ilə kommunikasiya sahəsində tövsiyələr verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi