Peşə seçiminin əhəmiyyəti

Ümumtəhsil məktəblərində peşəyönümlü xidmətinin təşkili fəaliyyətləri çərçivəsində 284 nömrəli məktəbdə Vlll- IX sinif şagirləri üçün

“Peşə seçiminin əhəmiyyəti ” mövzusunda seminar keçirildi.İnteraktiv təlim üsulları tətbiq edilməklə keçirilən təlimdə Azərbaycan Respublikasının Təhsil İnstitutu, Peşə və Ömürboyu Təhsil Şöbəsinin baş mütəxəssisi Tahirli Gülnar şagirdlərə peşə təhsilinin insan həyatındakı rolu, peşə seçiminə təsir edən amillər və düzgün seçim etmək üçün diqqət edilməli olan əsas məqamlar barəsində məlumat verdi.

Təlim zamanı şagirdlərin gələcək həyatının , quracaqları karyera ,seçdikləri seçimdən çox asılı olunduğu qeyd edildi. Şagirdlərlə maraqlı dialoq alındı.Sonda ən yaxşı təqdimat hazırlayan komanda üzvlərinə hədiyyələr təqdim olundu.

Maraqlı seminara görə Azərbaycan Respublikasının Təhsilin İnstitutu, Peşə və Ömürboyu Təhsil Şöbəsinin baş mütəxəssisi Tahirli Gülnara öz təşəkkürümüzü bildiririk

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi