"Bulinqə qarşı əl-ələ" maarifləndirici təlimlər barədə

Bullinqin baş verdiyi an şagirdlər bunun məhz bullinq olduğunu və onun baş verdiyi vaxt nə edəcəklərindən məlumatlı olmalıdırlar.. Buna görə də məktəb rəhbərliyinin qərarı ilə sinilərdə bullinq haqqında və bullinq probleminin həllində şagirdlərin nə kimi rolu ola biləcəyi haqqında məlumat vermək məqsədilə təlimlərə başlanıldı, icbari sinif müzakirələri təşkil edildi. Təlimlərdə şagirdlərə aktiv olaraq bullinq qurbanına necə yardım göstərə biləcəyi haqqında ipucları verildi və onlarla bullinq qurbanına qarşı empatiya, bullinq törədənə qarşı isə dözümsüzlük yaratmağa kömək edəcək maarifləndirmə xarakterli söhbətlər aparıldı. Məsələn, şagirdlərə məktəbdə hər hansı bir bullinq şahidi olarkən ilk növbədə kimə müraciət edəcəklərini və kimə ən birinci xəbər etməli olduqlarını dəqiq göstərən yol xəritəsi göstərildi. Onlara həmçinin bullinqi dayandırmaq və bullinqə məruz qalan tərəfi xilas etmək üçün ona dəstək olmaqdan çəkinməməki tövsiyə olundu. Şagirdlər həmçinin bullinq törədən tərəfi sülh yolu ilə bu əməlindən daşındıracaq cəhdlərə səy göstərə biləcəkləri barədə də məlumatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi