Qürurla anırıq

284 nömrəli tam orta məktəbdə  20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilib.Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin 34- cü ildönümünün  keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən xüsusi dərslər təşkil edildi.Dərslərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dərsləri tədris edən müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açdılar. 

Ənənəvi olaraq, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində məktəbimizin pedaqoji kollektivi və şagirdlər tərəfindən Şəhidlər Xiyabanı ziyarət edildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi