Uşaq hüquqları aylığı ilə bağlı görüş

Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlət Ağentliyinin təşkilatçılığı ilə  məktəbimizdə “Uşaq hüquqlarının müdafiəsinin onların psixososial inkişafına təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib.Uşaq Hüquqları aylığı çərçivəsində 8-ci sinif şagirdləri üçün təşkil edilən görüşdə Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Agentliyin fəaliyyəti, “Təhsildə sosial iş” layihəsi, məişət zorakılığı və onun qarşısının alınması, məktəbli yaş dövrünün psixoloji xüsusiyyətləri və uşaq hüquqları, uşaq hüquqlarının müdafiəsi istiqamətlərində təqdimatlar edilib.

Tədbirin əsas məqsədi uşaqların sosial müdafiəsi, onların hüquqlarının təmin edilməsi, uşaqlara diqqət və qayğının təşviqi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, həmçinin ailələrin də cəlb edilməsi yolu ilə bu sahədə məlumatlılığın artırılmasıdır.

Sonda suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.Görüşdə 80 şagird iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi