İstedadlı şagirdlərimiz

Bu günlərdə şagirdlərimizin müxtəlif müsabiqə və yarışlarda qazandıqları uğurlar bizi sevindirir. Məktəbin 9d sinif şagirdi Beloyarova Aytac Binəqədi rayonu Gənclər və İdman İdarəsinin təçkilatçılığı ilə keçirilən dahi Nizaminin 880 illiyinə həsr olunan şeir müsabiqəsində fərqləndirici diplomla təltif olunmuşdur.

6g sinfinin şagirdi Qurbanzadə Aysel Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2020\2021- ci tədris iilində  keçirilən Lütfi Zadə adına Məntiq yarışmasında yüksək intellekt nümayiş etdirərək II  fəxri yerə layiq görülmüşdür.Təntənəli mükafatlandırma mərasimində Ayselə diplom və hədiyyələr təqdim edilmişdir.

8b sinif şagirdi  Ağayev Seymur Cudo üzrə Göyçay Şəhidlərinin Xatirəsinə həsr olunmuş  respublika  turnirində  fəxri 1 -ci yeri qazanaraq diplom və hədiyyələrlə təltif olunmuşdur.

İstedadlı şagirdlərimizi təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi