Pənah İsayev Xanad
8a sinif şagirdi İmanov Pənah Xanad oğlu. Bu günlərdə Pənah İrandan yeniyetmələr arasında cüdo üzrə keçirilən mötəbər beynəlxalq turnirdən qızıl medalla qayıdıb. Medalın dəyərini artıran səbəb finalda Pənahın erməni rəqibinə qalib gəlməsidir. Onu da qeyd edək ki, Pənahın əmisi I Qarabağ müharibəsinin qəhrəmanıdır.Gələcəkdə idmançı şagirdimizə uğurlar arzulayırıq
Firuzə Tahirli Elşən
Firuzə Tahirli məktəbimizin 9-cu sinif şagirdidir. O,hələ kiçik yaşlarından öz istedadı ilə seçilirdi. Dərslərindən əlavə musiqi ilə məşğul olan Firuzənin müəllimləri və valideynlərinin sevinclərinin həddi-hüdudu yoxdur. Firuzə növbəti müsiqi müsabiqəsindən diplomla qayıdıb. Macarıstanda keçirilən vokalistlərin beynəlxalq müsabiqəsində "Qızıl " birincilik qazanmışdır.