Məktəbin şagirdləri “Sabahın alimləri” XII respublika müsabiqəsində qaliblər sırasında

13 – 15 fevral Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və "BP Azərbaycan" şirkətinin təşkilatçılığı ilə “Sabahın alimləri” XII respublika müsabiqəsi keçirilmişdir. Müsabiqə Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası, həmçinin “BP Azərbaycan” şirkətinin təşkilatçılığı ilə baş tutub. Müsabiqədə çıxış edən ARTİ – nin direktoru Rüfət Əzizov müsabiqənin statistik göstəriciləri ilə bağlı hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rüfət Əzizov mövcud 8 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələrdən, həmçinin həmin layihələrin şəhər və rayonlar üzrə göstəricilərindən bəhs edib. Bildirilib ki, müsabiqə üzrə qeydiyyatdan keçən 486 layihədən 163-ü sərgidə iştirak etmək hüququ qazanıb. Müsabiqədə 3 gün ərzində şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək, qaliblər sırasından seçilən məktəblilər ABŞ-də keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər. Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkar etmək, onlarda tənqidi düşünmə, problem həll etmə, vaxtın idarəedilməsi, natiqlik və ünsiyyət kimi müxtəlif bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələri genişləndirməkdir. Həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdən əsas məqsədlərdəndir. Fevralın 15 – də müsabiqənin bağlanış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev müsabiqənin qaliblərini təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində nailiyyətlər arzulayıb. Məktəbi müsabiqədə uğurla təmsil edən 9a sinif şagirdləri Ayla Qasımova və Duyğu Xudadatova Riyaziyyat nominasiyası üzrə III yerə layiq görülmüşlər. Məktəbin qalib şagirdlərinə diplom, medal və sertifikat təqdim olunmuşdur. Bu qələbə münasibətilə məktəbin şagirdlərini təbrik edir, gələcək elmi işlərində uğurlar arzu edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi