"Ən yaxşı sinif" müsabiqəsinin qalibləri təltif edildilər
Məktəbin 5 və 6-cı sinifləri arasında "Ən yaxşı sinif" müsabiqəsi keçirilir. Müsabiqədə davamiyyət, məktəbli geyimi, davranış, nizam-intizam, sinfin səliqəsi və digər məsələlər nəzərə alınır. Sentyabr ayı üzrə müsabiqənin qalibləri 5"Ç" və 6"B" sinifləri oldular. Qalib gələn siniflər "Təşəkkürnamə" ilə təltif edildilər.