Kiçik Akademiya

“Kiçik Akademiya" üzvlərinin iclası olduNoyabrın 30-da məktəbin illik Fəaliyyət Planının 1.1.1.14-cü bəndinə uyğun olaraq “Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialının üzə çıxarılması, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsi, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünya görüşünün inkişaf etdirilməsi, şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlığı məqsəilə “Kiçik Akademiya" üzvlərinin iclası oldu. Məktəbin informatika müəllimi İradə Ələsgərova və ingilis dili müəllimi Şəfəq Yusifovanın rəhbərliyi ilə həmişə olduğu kimi yenə də şagirdlər maraqlı təqdimatlarla çıxış etdilər.

Ətraflı

"KİÇİK AKADEMİYA"13 Yanvar tarixində məktəbdə Kiçik Akademiyanın növbəti yığıncağı keçirildi. Şagirdlər öz yeni fikirlərindən ,ideyalarından danişdılar .Söylənilən fikirlər rəhbərlik və müəllimlər tərəfindən dəyərləndirildi və sonda şagirdlərə tövsiyyələr verildi.

Ətraflı

KİÇİK AKADEMİYA İLƏ BAĞLI İCLAS21 may 2019-cu il tarixində məktəbin "Kiçik Akademiyasının" hesabat xarakterli iclası oldu.İclasda məktəbin direktoru Nizami müəllim və direktor müavinləri iştirak etdilər.Akademiyanın ilk üzvləri artıq məktəbi bitirirlər.Onlara gələcək həyatlarında uğurlar arzulandı.İclasda Akademiyaya yeni üzvlər qəbul edildi.Həmçinin Akademiyanın fəaliyyət sahələri genişləndirildi.

Ətraflı

KİÇİK AKADEMİYA VƏ GƏLƏCƏYİN ALİMLƏRİ LAYİHƏSİNİN TƏQDİMATI7 dekabr 2016-cı il tarixdə məktəbimizdə Kiçik Akademiya adı altında Gələcəyin alimləri layihəsinin təqdimatı keçirilmişdir. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inkişaf layihəsi sektorunun məshətçisi Sevinc Əzimova,ictimai əlaqələr sektorunun məsləhətçisi Şəhanə Ələkbərova,ümumtəhsil sektorunun məsləhətçisi Allahverdi Mirzəyev,Gələcəyin alimləri lahiyəsinin əməkdaşları Mehparə xanım,Afiq müəllim,bəzi məktəb direktorları,məktəbin bir qrup müəllim və valideyn kollektivi,layihə rəhbərləri və layihə olaraq öz işlərin təqdim edən 14 şagird iştirak edirdi.Məktəbimizin direktoru Rövşən Qasımov ilk öncə gələn bütün qonaqları salamladı.O, bildirdi ki,Akademiyamız 2015-ci il dekabr ayından fəaliyyət göstərir.Akademiyanın 1(bir) illk fəaliyyəti dövründə 30-a yaxın uşaqların bacarıqları üzə çıxarılmışdır.Onların təqdim etdiyi işlər tibb,hərbi,ikt, ekologiya,məntiqi riyaziyyat elimlərini əhatə edir. Akademiyada iştirak edən uşaqlar bir il bundan öncə 7-8-ci sinif şagirdləri idisə,indi həmin uşaqlar hal-hazırda 8-9-cu siniflərdə təhsil alırlar. Akademiyanın məqsədi uşaqların qarşıdan gələn müsabiqələrdə uğurlu çıxışı və qaliblər sırasında olmasıdır: Gələcəkdə Eynşteyn,Darvin,Nyuton,Paskal,Arximed,Lütvüzadə kimi ixtiraçı alimlərin yolunu davam etdirərək,ölkəyə layiqli vətəndaşlar bəxş etməkdir.

Ətraflı

PEDAQOJİ ŞURA İCLASINDA KİÇİK AKADEMİYA İLƏ BAĞLI TAPŞIRIQLAR29 Yanvar tarixində məktəbimizdə Pedoqoji Şura keçirilmişdir. Pedoqoji Şuranı direktor çıxış sözləri ilə başlamışdır. Pedaqoji Şurada yarımilin yekun hesabatları dinlənilmişdir. Direktor müavinləri və fənn metod birləşmələrin hesabatları dinlənilmişdir. Hər bir fənn metodbirləşməsinə direktor tərəfindən II yarımildə görüləcək işlər ilə bağlı xüsusi tapşırıqlar verilmişdir. Pedaqoji Şurada II yarımil ərzində 2,3,4-cü siniflərdən keçirilən imla yazı işləri, 5,6,7,8 – ci siniflərdə keçirilən inşa yazı işlərinin, 9,10,11- ci siniflərdə Riyaziyyat,Azərbaycan dili və Ədəbiyyat,Tarix və Coğrafiya fənnlərindən keçirilən monitorinqlərin nəticəsi müzakirə olunmuşdur.Həmin müzakirələrdən sonra məktəb direktoru bütün fənn müəllimlərinin qarşısına fənnin tədrisi vəziyyətinin yaxşılaşdırılmasına, şagird bacarıqlarının inkişaf etdirilməsinə və eyni zamanda istedadlı şagirdlərin üzə çıxarılmasına dair bir çox tapşırıqlar vermişdir. Məktəbdə Kiçik Akademiyanın fəaliyyəti ilə bağlı bacarıqlı və istedadlı şagirdlərin təqdim etdiyi işlər ilə bağlı müzakirələr də öz əksini tapmışdır. Fənn olimpiyadasının rayon turunda iştirak edən məktəbimizin 15 (on beş)şagirddən ikisinin Respublika mərhələsinin yarım final mərhələsinə keçməsi də məktəbin uğurlu nəaliyyəti hesab olunmuşdur.Direktor bildirmişdir ki, gələcəkdə bu sahədə olan bacarıqları daha da gücləndirsək Respublika mərhələsində iştirak edən şagirdlərimizin sayı bir qədər də coxala bilər. Eyni zamanda məktəbimizin direktoru Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının fevral ayının 1-dən etibarən müəllimlərin və bütün təhsil işçilərinin əmək haqqının 10% artırılmasını bildirmişdir. Prezidentin bu sərəncamına görə bütün müəllim kollektivi adından Cənab Prezidentə öz minnətdarlığımızı bildiririk.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri M.Mehdiyev adına 280 №-li tam orta məktəb 1987-ci ildən fəaliyyət göstərir. Məktəbin ümumi sahəsi -200000 kvm, şagird tutumu 1416 nəfər ye...

BİZİM FƏXRLƏRİMİZ

Mətin Süleymanlı Şamo

Mirvari Muradova

HAQQIMIZDA

Bakı şəhəri M.Mehdiyev adına 280 №-li tam orta məktəb 1987-ci ildən fəaliyyət göstərir. Məktəbin ümumi sahəsi -200000 kvm, şagird tutumu 1416 nəfər ye...

BİZİM FƏXRLƏRİMİZ

Mətin Süleymanlı Şamo

Mirvari Muradova

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi