Məktəbimizin məzunu Vətən müharibəsi Şəhidi Elvin Əlimovun abidəsi ziyarət olundu

Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə vətənpərvərlik, dövlət rəmzlərinə, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə və "27 sentyabr Anım Gününün keçirilməsi" barədə BŞTİ-nin müvafiq əmrinə əsasən məktəb üzrə əmrlə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq "27 sentyabr Anım Günü"ndə məktəbimizin məzunu Vətən müharibəsi Şəhidi Elvin Əlimovun abidəsi şəhidin adını daşıyan 4”B” sinif şagirdləri və sinif rəhbəri Vahidə Məmmədovanın iştirakı ilə ziyarət olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi