Məktəbimizin məzunu Vətən müharibəsi Şəhidi Elvin Əlimovun abidəsi ziyarət olundu

Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə vətənpərvərlik, dövlət rəmzlərinə, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə və "27 sentyabr Anım Gününün keçirilməsi" barədə BŞTİ-nin müvafiq əmrinə əsasən məktəb üzrə əmrlə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq "27 sentyabr Anım Günü"ndə məktəbimizin məzunu Vətən müharibəsi Şəhidi Elvin Əlimovun abidəsi müəllim və şagird kollektivinin iştirakı ilə ziyarət olundu.

Elvin Əlimov 1995-ci il iyunun 8-də Bakı şəhərində anadan olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alan Elvin "leytenant" hərbi rütbəsi alıb və 2017-ci ildən hərbi xidmətə başlayıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşan Azərbaycan Ordusunun baş leytenantı Elvin Əlimov sentyabrın 28-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Elvin Əlimov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərcəli “Vətənə xidmətə görə” ordeni ilə, "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Elvin Əlimovun timsalında şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə isə səbr diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi