Pedaqoji şuranın iclası keçirildi

Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq iyunun 19-da 2023/2024-cü tədris ilinin yekunlarına həsr olunmuş cari dərs ili üçün sonuncu pedaqoji şura iclası keçirildi. İclasda gündəlikdə duran əsas məsələlərin müzakirəsindən sonra məzuniyyətə gedən müəllimlərin ilkin dərs bölgüsü pedaqoji kollektivin nəzərinə çatdırıldı. Eyni zamanda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş Təhsilverənlərin etik davranış Qaydaları ilə Pedaqoji kollektiv bir daha tanış edildi. Sonda dərs ili ərzində məktəbdənkənar fəaliyyətin təşkilinə, pedaqoji sahədəki fəaliyyətinə və gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə pedaqoji kollektivin bir qrup üzvu Fəxri Fərmanla təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi