"Ailəm və məktəbim" layihəsi çərçivəsində valideynlərlə növbəti seminar keçirildi

Ailə-məktəb münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə və özünü dərk etməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir. Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlığı təşviq etmək və BŞTİ- nin 13.05.2024-cü il tarixli "Ailəm və məktəbim" layihəsinin keçirilməsi barədə» əmrinin icrasının təmin edilməsi məqsədilə peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün təlim və seminarların təşkili nəzərdə tutulmuşdur. İyunun 6-da Monad Psixologiya Mərkəzinin psixoterapevti  Aynur Rəhimova valideynlərlə "Uşaqları necə dinləyək ki, bizimlə danışsınlar" mövzusunda seminar keçirdi. Tədbirin sonunda valideynlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi