“Robotex Azərbaycan Avrasiya Çempionatı" Festivalında məktəbimizin uğuru

Martın 2-də və 3-də “Robotex Azərbaycan Avrasiya Çempionatı" Festivalında STEAM müəllimi Esmira Hüseynovanın rəhbərliyi ilə məktəbimizin iki komandası-"Elvin Əlimov" və "Bayraktar 280" komandaları iştirak etmişdir. "Elvin Əlimov" komandası Line Following kateqoriyası üzrə 1-ci yer, "Bayraktar 280" komandası isə "Kargo Drone" kateqoriyası üzrə 4-cü yer tutmuşdular.

İlk dəfə Azərbaycanda baş tutan və 2 gün davam edən festivalda 6 universitet, 41 məktəb, 10 özəl müəssisədən 250-dən çox komanda, 1500-dən çox iştirakçı, 5000-dən çox qonaq iştirak edir. Komandalar 18 kateqoriyada və 4 yaş qrupunda (ibtidai, orta, yuxarı siniflər və tələbələr) yarışaraq qaliblərin adını müəyyən edəcəklər. Hər kateqoriyada ilk 3 yeri qazanan komandalar ölkəmizi Antalyada təşkil olunacaq yarımfinal mərhələsində təmsil edəcəklər. 18 ölkənin iştirakı ilə keçiriləcək yarımfinal mərhələsində dərəcə göstərən komandalar noyabr ayında Estoniyada təşkil ediləcək dünya çempionatında iştirak hüququ qazanacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi