1 mart-Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş dərslər keçirildi

Martın 1-də məktəbin illik Fəaliyyət planının 1.3.18-ci bəndinə uyğun olaraq şagirdlərdə fövqəladə hallar zamanı özlərini müdafiə etmək bacarığının formalaşdırılması məqsədilə mülki müdafiə dərslərinin tədris olunduğu 2, 5 və 6-cı siniflərdə 1 mart –Ümumdünya Mülki Müdafiə gününə həsr olunmuş dərslər keçirildi. Sinif rəhbərləri tərəfindən 5 "C", 5"K", 6"N", 6"B və 2-ci siniflərdə tədris olunan məşğələlərdə şagirdlərə baş vermiş yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi, mülki müdafiə, fövqəladə hallar və bu zaman görülən tədbirlər haqqında geniş məlumatlar verildi. Məktəb rəhbərliyinin də iştirak etdiyi məşğələlərdə şagirdlər hazırladıqları divar qəzetlərini nümayiş etdirərək maraqlı təqdimatlarla çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi