Xocalı soyqırımına həsr olunmuş sinif saatları keçirilir

Məktəbin Fəaliyyət Planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "Xocalı soyqırımının otuz ikinci ildönümünün keçirilməsi" ilə bağlı hazırlanmış Tədbirlər Planına əsasən silsilə tədbirlərimiz həyata keçirilir. Tədbirlər Planına müvafiq olaraq fevralın 26-da məktəbin ibtidai sinif müəllimi Validə İbrahimova 1"K" sinfində, Kəmalə İbrahimova 1"M" sinfində və Gülbəniz Həsənova 7"B" sinfində, Samirə Səlimova 9"C" sinfində Xocalı soyqırımına həsr olunmuş sinif saatları keçirdilər . Dərs zamanı sinif rəhbərləri və tarix müəllimi Səidə Nəbiyeva Xocalı faciəsi haqqında şagirdlərə geniş məlumat verdi. Şagirdlər Vətənə,topağa aid şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi