Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirir

Fevralın 1-də məktəbimizdə Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Nizami Fərəcov və İlham Əhmədov müəllim və şagird heyəti ilə görüş keçirdi. Nizami Fərəcov mövzu ətrafında geniş nitq söylədi və yangın zamanı necə davranmaq haqda slayd göstərdi.

Tədbirdə açıq sahələrdə və qapalı məkanlarda yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparıldı, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verildi, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi xüsusilə vurgulandı. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təminatının zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirildi, şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi