Səmərəli təhsil mühiti Pedaqoji şuranın iclasında müzakirə olundu

Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq yanvarın 31-də 2023/2024-cü tədris ili üçün I yarımilin yekunlarına həsr olunmuş və ikinci yarımilə hazırlıq məqsədilə pedaqoji şura iclası keçirild. İclasda gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur. İclasda, həmçinin məktəbdə uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəbdə psixoloji xidmətin təşkili, valideynlərlə işin səmərəliliyinin artırılması və digər vacib məsələlər müzakirə olunub.

Qeyd edək ki, MÜTDA tərəfindən ümumi təhsil müəssisələrinə sağlam mənəvi-psixoloji mühitin daha da yaxşılaşdırılması məqsədilə xüsusi təlimatlar göndərilib, məktəb rəhbərlərinə idarəetmədə səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Məktəb kollektivi həmin təlimatla tanış edilib

İclasın sonunda bir qrup müəllim gənc nəslin təlim-tərbiyə olunması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə "Fəxri Fərman"la təltif olunmuş və Pedaqoji şuranın qərarı ilə Təşəkkür elan olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi