Buraxılış siniflərində monitorinqlər keçirilir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1704787801659cff59a848c8.10598674.jpg)
Yanvarın 9-da məktəbin illik Fəaliyyət Planına uyğun olaraq 9-cu siniflərdə ana dili, riyaziyyat, xarici dil fənləri üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi, şagirdlərin pedaqoji – psixoloji cəhətdən buraxılış test imtahanlarına hazırlığının təmin edilməsi məqsədilə monitorinq keçirildi.