SAF 2023-ün iştirakçıları təltif olundular

Elm və Təhsil Nazirliyi Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün iştirakçılarına Sertifikat və hədiyyələr təqdim etdi.

Məktəbimizin 9 komandası Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023 -də iştirak edib. STEAM müəllimi Esmira Hüseynovanın rəhbərliyi ilə Robokids kateqoriyası üzrə "Wolves" komandası, FIRST LEGO League Explore (Off-Season) kateqoriyası üzrə "Suraxanı 280" komandası, VidX kateqoriyası üzrə "Elvin Əlimov" və "Xarıbülbül" komandaları, FIRST LEGO League Challenge (Off-Season) kateqoriyası üzrə "Karabagh eagle", Ambulance", "Soldiers of Karabagh", "Şəhid Qasim" və "Baku Storm" komandaları final mərhələsində iştirak ediblər.

Bu komandalardan "Suraxanı 280" 1-ci yer, "Elvin Əlimov" 2-ci yer, "Xarıbülbül", "Ambulance" və "Wolves" komandaları 3-cü yer tutmuşdular.

Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak üçün ümumilikdə 4 795 nəfər qeydiyyatdan keçib. Onlardan 4 459 nəfəri yerli, 336 nəfəri isə xarici iştirakçıdır. Bakı şəhəri üzrə 250-yə yaxın məktəbli 116 layihə ilə festivala qatılmışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi