Ümummilli Lider Heydər Əliyevin anım gününə olunmuş şeir müasbiqəsi keçirildi
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/170244634365794507e9e118.59139525.jpg)
Məktəbin illik Fəaliyyət Planının 1.3.13-cü bəndinə müvafiq olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq məktəbdə silsilə tədbirlərin həyata keçırılməsinə start verilmişdi. Dekabrın 12-də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini A. Rüstəmova və Azərbaycan dili və ədəbiyyat müəllimləri N.Mövsümova, E.Allahverdiyeva 2-ci siniflər arasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş şeir müsabiqəsi keçirildi.