İnsan Hüquqlarının Müdafiəsi mövzusunda maarifləndirmə görüşü keçirilib

Əmək və Əhalinin #Sosial Müdafiəsi Nazirliyinin tabeliyində #SosialXidmətlərAgentliyi nin mütəxəssisləri tərəfindən Bakı şəhərində yerləşən 280 nömrəli tam orta məktəbdə maarifləndirmə görüşü keçirilib.

Məktəbin müəllim heyəti, psixoloqları, IX sinif şagirdləri və onların valideynlərinin iştirak etdiyi görüş #10Dekabr - Beynəlxalq #İnsanHüquqlarıGünü münasibətilə təşkil edilib. Tədbir “İnsan hüquqlarının müdafiəsi” mövzusuna həsr olunub.

Çıxışlarda Agentliyin fəaliyyət istiqamətləri, göstərilən sosial xidmətlər, eləcə də #TəhsildəSosialİş xidməti və insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən danışılıb.

Tədbirin məqsədi uşaqların ailədə təhlükəsizliyini qiymətləndirmək, onlara qarşı diqqət və qayğını təşviq etməklə hüquqlarını təmin etmək, azyaşlılarla pis rəftarın və zorakılığın qarşısını almaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi