Dekabrın 4-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün açılış mərasimi keçirilib

Məktəbimizin 9 komandası Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023 -də iştirak edir. STEAM müəllimi Esmira Hüseynovanın rəhbərliyi ilə Robokids kateqoriyası üzrə "Wolves" komandası, FIRST LEGO League Explore (Off-Season) kateqotiyası üzrə "Surxanı 280" komandası, VidX kateqoriyası üzrə "Elvin Əlimov" və "Xarıbülbül" komandaları, FIRST LEGO League Challenge (Off-Season) kateqoriyası üzrə "Karabagh eagle", Ambulance", "Soldiers of Karabagh", "Şəhid Qasim" və "Baku Storm" komandaları final mərhələsində iştirak edirlər.

Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak üçün ümumilikdə 4 795 nəfər qeydiyyatdan keçib. Onlardan 4 459 nəfəri yerli, 336 nəfəri isə xarici iştirakçıdır. Bakı şəhəri üzrə 250-yə yaxın məktəbli 116 layihə ilə festivala qatılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi