Beynəlxalq QİÇS -lə mübarizə gününə həsr olunmuş "QİÇS sağlamlığımıza təhdiddir" mövzusunda seminar keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin təşkilatı işlər üzrə direktor müavini, məktəbin psixoloqu, sosial pedaqoqun iştirakı ilə QİÇS-lə mübarizə mövzusunda 7, 8, 9-cu sinif şagirdlərinin iştirakı ilə seminar təşkil olundu. Seminarda məktəbin təşkilatı işlər üzrə direktor müavini Abdullayeva Şəhla, məktəbin psixoloqu Abdullayeva Zümrüd və sosial pedaqoq Hüseynova Esmira çıxış edərək şagirdlərə Beynəlxalq QİÇS -lə mübarizə gününün tarixi və bu günün əhəmiyyəti haqqında ətraflı məlumat verdilər. Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi