Pedaqoji şuranın iclası keçirildi

Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq noyabrın 16-da 2022/2023-cü tədris ilinin növbəti pedaqoji şura iclası keçirild. İclasda gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur. Həmçinin, qərara alınmışdır ki, növbəti günlərdə metodbirləşmə iclasları keçirilsin və ayrı-ayrılıqda təşkil olunacaq metodbirləşmə iclaslarında məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təmayülləşmə, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirələr aparılması nəzərdə tutulmuşdur. İclasın sonunda bir qrup müəllim gənc nəslin təlim-tərbiyə olunması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə "Fəxri Fərman"la təltif olunmuş və Pedaqoji şuranın qərarı ilə Təşəkkür elan olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi